DÜNYA

07 Yanvar

Nepalda 7 bal gücündə zəlzələ baş verib

Nepalda Lobuçe yaşayış məntəqəsindən 90 kilometr məsafədə 7 bal gücündə zəlzələ baş verib.

Fins.az xəbər verir ki, bununla bağlı ABŞ-nin Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanlar Nepalın əksər bölgələrində, xüsusən də ölkənin şərq və mərkəzi hissələrində hiss olunub.

İlkin məlumata görə, zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

Hazırda zəlzələnin törətdiyi fəsadlar dəqiqləşdirilir.