2025-ci ilin fevral ayında Türkiyənin Qazaxıstana kimyəvi maddə ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,1% azalaraq 17 milyon 615 min 46 dollara düşüb.
Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat yayıb.
Bununla yanaşı, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% artaraq 36 milyon 355 min 78 dollara çatıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına kimyəvi maddə ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,9% artaraq 126 milyon 328 min 25 dollar olub.
Nazirliyin məlumatına görə, 2025-ci ilin fevral ayında Türkiyə 2 milyon 495 min 6 dollar dəyərində kimyəvi maddə ixrac edib ki, bu da ötən ilin fevral ayı ilə müqayisədə 4,7% azdır.
Məlumatda bildirilir ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyənin kimyəvi maddə ixracı 30 milyon dollar təşkil edib.