ABŞ-ın Kentukki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarında güclü qar, buz, güclü yağış və tufanlar səbəbindən fövqəladə vəziyyət elan edilib.
Fins.az xəbər verir ki, hava şəraitinin təxminən 62 milyon insana təsir edəcəyi gözlənilir.
Fırtına 30 ştatda xəbərdarlıq elan edib, vətəndaşlara evdə qalmağı tövsiyə edib. Bundan başqa, ABŞ-da 1500-ə yaxın aviareys ləğv edilib, 2000 uçuşun vaxtı dəyişdirilib. Bəzi qatar reysləri də ləğv edilib.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, ölkədə son 10 ilin ən güclü qarının yağacağı gözlənilir.
Kaira Agayeva
Fins.az