DÜNYA

06 Yanvar

Roma Papası: Münaqişələrdə humanitar qanunlara riayət edilməlidir

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk beynəlxalq ictimaiyyəti münaqişələrdə humanitar qanunlara riayət olunmasını təmin etmək üçün birgə hərəkətə çağırıb.

Fins.az xəbər verir ki, pontifik ənənəvi “Angelus” duası zamanı mülki insanlara, məktəblərə, xəstəxanalara və iş yerlərinə hava zərbələri endirilməsinin dərhal dayandırılmasının zəruriliyini bildirib: “Müharibədə haradasa xəstəxanaların və məktəblərin necə dağıdılmasını görmək çox kədərlidir”.

Fransisk beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki strukturların və ibadət yerlərinin bütövlüyünə hörmət göstərilməsini xahiş edib.

Pontifik, həmçinin insanları gərginlik və zorakılıqdan təsirlənən ölkələr üçün dua etməyə çağırıb.

Kaira Agayeva

Fins.az