2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Tuzla limanı 4 milyon 252 min 365 ton yük qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirliyin verdiyi məlumata əsasən, Tuzla limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 2 milyon 563 min 686 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 688 min 679 ton yük daşınıb.
Hesabat dövründə Tuzla limanından tranzit yük aşırılmayıb.
2024-cü ilin noyabr ayında Türkiyə limanları ümumilikdə 32 milyon 470 min 94 ton yük qəbul edib. Bu müddətdə:
- Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara 2 milyon 436 min 123 ton yük daşınıb.
- Digər ölkələrin bayraqları altında gəmilərlə isə 30 milyon 33 min 971 ton yük qəbul edilib.
Eyni zamanda, noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton tranzit yük daşınıb.
Nazirliyin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları ümumilikdə 363 milyon 841 min 53 ton yük qəbul edib.
Bu dövrdə:
- Türkiyə bayrağı altında gəmilərlə 27 milyon 488 min 32 ton yük daşınıb.
- Digər ölkələrin bayraqları altında gəmilərlə isə 336 milyon 353 min 21 ton yük qəbul edilib.
Həmçinin 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 63 milyon 524 min 718 ton tranzit yük daşınıb.
Bu ilin noyabr ayında Türkiyə limanları ümumilikdə 4 min 373 gəmi qəbul edib. Bu gəmilərin:
- 1 min 407-si Türkiyə bayrağı altında,
- 2 min 966-sı isə digər ölkələrin bayraqları altında üzən gəmilər olub.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları ümumilikdə 56 min 86 gəmi qəbul edib. Bu müddət ərzində:
- Digər ölkələrin bayraqları altında üzən gəmilərin sayı 36 min 550,
- Türkiyə bayrağı altında üzən gəmilərin sayı isə 19 min 536 olub.