2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 66 şirkət qeydiyyata alınıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 9 şirkət azdır.
Fins.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Türkmənistan şirkətlərinin ümumi kapitalı 41 milyon 110 min türk lirəsi təşkil edib. Halbuki, 2023-cü ilin eyni dövründə bu rəqəm 27 milyon 840 min türk lirəsi idi”, – deyə TOBB məlumat verib.
Qurumdan əlavə olaraq bildirilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkmənistan şirkətlərinin əksəriyyəti İstanbulda (65) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyata alınmış Türkmənistan şirkətlərinin ümumi kapitalı 39 milyon 610 min türk lirəsi təşkil edib”, – TOBB-dan qeyd edilib.
Məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədə Türkmənistan kapitalı ilə 31 ticarət şirkəti qeydiyyata alınıb. Digər şirkətlər isə iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir.