Fins.az - 2024-cü ilin üçüncü rübündə Böyük Britaniyanın ÜDM-i əvvəlki rüb ilə müqayisədə dəyişməyib.
Bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) yekun hesabatında deyilir. Analitiklər göstəricinin 0.1% artacağını proqnozlaşdırmışdılar. Həmçinin, yenilənmiş məlumatlara əsasən, Britaniya iqtisadiyyatı ikinci rübdə daha əvvəl qeyd olunduğu kimi 0.5% deyil, 0.4% böyüyüb.
İyul-sentyabr aylarında xidmət sektorunda aktivlik əvvəlki üç ay ilə müqayisədə dəyişməyib. Maliyyə və sığorta xidmətləri sektorunda nəzərəçarpacaq azalma (-0.6%) qeydə alınıb.
Tikinti sektorunda artım tempi 0.8%-dən 0.7%-ə qədər, emal sektorunda isə azalma 0.2%-dən 0.4%-ə qədər yenilənib. Böyük Britaniyada istehlak xərcləri üçüncü rübdə 0.5%, Biznes Subyektlərinin İnvestisiyaların Həcmi isə 1.9% artıb. İxracın həcmi 0.5%, idxalın həcmi isə 2.5% azalıb.
Britaniya ÜDM-in üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə artımı tempi daha əvvəl qeyd edildiyi kimi, 1% yox, 0.9% təşkil edib.