DÜNYA

20 Dekabr

Qazaxıstan vətəndaşlarının Türkiyədə daşınmaz əmlak alışı azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Qazaxıstan vətəndaşları Türkiyədə 954 daşınmaz əmlak satın alıblar. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 388 obyekt azdır.

Fins.az xəbər verir ki, Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı tərəfindən verilən məlumata görə, noyabr ayında Qazaxıstan vətəndaşları Türkiyədə 76 daşınmaz əmlak alıblar, bu isə 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 41 obyekt azdır.

2024-cü ilin noyabr ayında ümumilikdə 153 min 14 mənzil satılıb, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 63,6 faiz artım deməkdir.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədə 1 milyon 256 min 388 mənzil satılıb, bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artım göstərir.

2024-cü ilin noyabr ayında xarici vətəndaşlara 2 min 151 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 8,2 faiz azdır.

Bu ilin yanvar-noyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 21 min 363 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz azdır.

Fuad Mədətov
Fins.az