2024-cü ilin yanvar-noyabr aylarında İran vətəndaşları Türkiyədə minimum 927 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2 min 140 obyekt azdır.
Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin noyabr ayında İran vətəndaşları Türkiyədə 200 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 34 obyekt azdır.
Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyədə 153 min 14 mənzil satın alınıb ki, bu da 2023-cü ilin noyabr ayı ilə müqayisədə 63,6 faiz artım göstərir.
Məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədə 1 milyon 256 min 388 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çoxdur.
2024-cü ilin noyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 151 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 8,2 faiz azdır.
Bu ilin yanvar-noyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 21 min 363 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 35,1 faiz azdır.
Fuad Mədətov
Fins.az