DÜNYA

13 Mart

Türkiyə İrana avtomobil ixracını 5,4% artırıb

2025-ci ilin fevral ayında Türkiyə İrana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,4% artıraraq 12 milyon 895 min 16 ABŞ dollarına çatdırıb.

Finss.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Lakin, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin İrana avtomobil ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3% azalıb və 25 milyon 48 min 64 ABŞ dolları təşkil edib.

Eyni dövrdə Türkiyənin dünya bazarlarına avtomobil ixracı 2024-cü ilin yanvar-fevral aylarına nisbətən 1,3% artaraq 5 milyon 979 min 540 ABŞ dollarına bərabər olub.

Fevral ayında isə Türkiyənin ümumi avtomobil ixracı 2 milyon 980 min 748 ABŞ dolları olub ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,7% azalıb.

Son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 32 milyon dollar məbləğində tekstil ixrac edib.

Fuad Mədətov
Finss.az