DÜNYA

19 Dekabr

Türkiyənin Yunanıstana hazır geyim məhsulları ixracı 10,3% artıb

Türkiyənin 2024-cü ilin yanvar-noyabr aylarında Yunanıstana hazır geyim məhsulları ixracı 10,3% artaraq 144 milyon 110 min dollara çatıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Mılumata görə, bu göstərici, keçən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli bir irəliləyişi əks etdirir.

Bununla yanaşı, Türkiyə Ticarət Nazirliyi qeyd edib ki, noyabr ayında Yunanıstana 14 milyon 213 min dollarlıq hazır geyim məhsulları ixrac edilib ki, bu da keçən ilin noyabrı ilə müqayisədə 3,1% azdır.

Ümumi ixrac göstəricilərinə gəldikdə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ümumi hazır geyim məhsulları ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 6,4% azalaraq 16 milyard 661 milyon 719 min dollar təşkil edib. Bunun əksinə, 2024-cü ilin noyabr ayında ixrac 1 milyard 489 milyon 931 min dollara yüksəlib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 4,3% artım deməkdir.

Son 12 aylıq dövrdə (noyabr 2023 - noyabr 2024) Türkiyənin hazır geyim məhsulları ixracının ümumi dəyəri 18 milyard 111 milyon 716 min dollar təşkil edib. Bu göstəricilər Türkiyənin geyim sənayesinin regiondakı mövqeyini və dəyişkən ixrac dinamikasını əks etdirir.

Fuad Mədətov
Fins.az