DÜNYA

19 Dekabr

Türkiyənin Ceyhan limanı 16 milyon tondan çox yük qəbul edib

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Ceyhan limanı 16 milyon 657 min 865 ton yük qəbul edib.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və Infrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Ceyhan limanından Türkiyə bayrağı altında üzən 311 min 503 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 16 milyon 346 min 362 ton yük daşınıb.

2024-cü ilin yanvar-noyabr aylarında Ceyhan limanından 25 milyon 58 min 109 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyə limanları 32 milyon 470 min 94 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 436 min 123 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 33 min 971 ton olub.

Bununla yanaşı, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 363 milyon 841 min 53 ton yük qəbul edib.

Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 27 milyon 488 min 32 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 353 min 21 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 63 milyon 524 min 718 ton tranzit yük daşınıb.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 373 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 966, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 min 407 olub.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 56 min 86 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 36 min 550, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 536 olub.

Fuad Mədətov
Fins.az