Finss.az - Böyük Britaniyada laboratoriyada hazırlanmış ət, süd və şəkər yaxın iki il ərzində insan istehlakı üçün satışa çıxarıla bilər.
Qida Standartları Agentliyi (FSA) süni qidalar üçün təsdiq prosesini sürətləndirməyi planlaşdırır. Britaniya bu sahədə lider ölkələrdən biridir, lakin mövcud tənzimləyici çətinliklər şirkətlərin inkişafını ləngidir.
Artıq İngiltərədə laboratoriya ətindən hazırlanan it yemi satışa çıxarılıb. Dünyada isə Sinqapur, ABŞ və İsrail insan istehlakı üçün süni ətə icazə verən ilk ölkələr olub.
Mütəxəssislər bildirirlər ki, bu qidalar daha ekoloji və sağlam ola bilər, lakin bəzi ölkələr, o cümlədən İtaliya və ABŞ-ın Alabama, Florida ştatları bu məhsullara qadağa qoyub.
FSA yeni qaydalar hazırlayaraq istehlakçıların təhlükəsizliyini qorumağa və Britaniya şirkətlərinin rəqabət qabiliyyətini artırmağa çalışır.
Zemfira Ms
Finss.az