DÜNYA

13 Dekabr

Məşhur termos firması 2,6 milyon məhsulunu geri çağırır

Dünyaca məşhur polad termoslar, fincanlar və digər məhsullar istehsal edən Stanley şirkəti, 2,6 milyon məhsulunu geri çağırma qərarı verib.

Fins.az xəbər verir ki, geri çağırılan məhsullarda qapaqların problemli olması yanıq hallarına səbəb olub. Şirkət, Stanley Switchback və Stanley Trigger Action modellərinin riskli olduğunu açıqlayıb.

ABŞ İstehlakçı Məhsul Təhlükəsizliyi Komissiyasının məlumatına görə, geri çağırılan məhsullar arasında 350 və 470 ml-lik Switchback fincanları, həmçinin Çin istehsalı olan 350 ml, 470 ml və 590 ml Trigger Action fincanları var. Bu məhsulların polipropilen qapaqları, istilik və fırlanma gücünə məruz qaldıqda açılaraq yanıq xəsarətləri ilə nəticələnib. Şirkət, müştərilərdən dərhal istifadəni dayandırmağı və pulsuz dəyişdirmə qapağı üçün əlaqə saxlamalarını istəyib.

Bu qapaq problemi səbəbindən dünya üzrə 38 yanıq xəsarəti qeydə alınıb.