DÜNYA

13 Dekabr

Hindistan, Çinin ucuz poladına yeni vergilər tətbiq edəcək

Fins.az xəbər verir ki, Hindistanın Polad naziri H.D. Kumaraswamy, Hindistanın Çindən ucuz polad idxalını məhdudlaşdırmaq üçün rüsum və ya müvəqqəti vergi tətbiq etməyi nəzərdən keçirdiyini açıqlayıb.

Çindən idxal edilən hazır polad, aprel-oktyabr aylarında bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Polad nazirliyi, keçən ay ölkənin Ticarət nazirliyinə Çindən ucuz polad idxalının böyük artımının Hindistan üçün "təhlükə" yaratdığı barədə xəbərdarlıq edib.

Beləliklə, ucuz Çin poladının Cənubi Asiya ölkələrinə idxalın dayandırılması məsələsini gündəmə gətirən ölkələrin sırasına Hindistan da daxil oldu.