Fins.az - ABŞ-ın Əmək Departamentinin verdiyi məlumatlara əsasən, üçüncü rübdə ölkədə Qeyri-kənd Təsərrüfatı Sektorunda Məhsuldarlıq 2.2%, Əmək Xərcləri isə 0.8% artıb.
Əmək məhsuldarlığının artım dinamikası analitiklərin proqnozu ilə üst-üstə düşdü. Həmçinin, ekspertlər tərəfindən Əmək Xərcləri göstəricisinin 1.9% artacağı proqnoz olunurdu.
3-cü rübdə məhsul və xidmətlərin istehsalı 3.5%, işə çıxma saatlarının sayı 1.2% artıb ki, bu da proqnozları təkrarlayır.
İllik ifadədə iyul-sentyabr aylarında ABŞ-da Qeyri-kənd Təsərrüfatı Sektorunda Məhsuldarlıq 2%, Əmək Xərcləri isə 2.2% artıb.