DÜNYA

04 Mart

ABŞ-da pasxa ərəfəsində yumurtalara tələbat artıb

Finss.az - ABŞ-da 20 aprel tarixində qeyd olunan katolik Pasxası ərəfəsində yumurta bəzəmə dəstlərinə olan tələbin artması gözlənilir.

Ölkədə quş qripi epidemiyası səbəbindən toyuq yumurtalarına olan tələbatda çatışmazlıq yaranıb. Hazırda 12 ədəd yumurtanın qiyməti müxtəlif mağazalarda 6 ilə 9 dollar arasında dəyişir.

Yumurta bəzəmə dəstləri istehsal edən "Hey Buddy Hey Pal" şirkəti, illik gəlirinin 85%-dən 90%-nə qədərini Pasxa məhsullarının satışından əldə edir. Keçən il şirkət 14 milyon dollar qazandığını və əvvəlki ilə nisbətən 22% artım yaşandığını bildirir. Bu il isə şirkət, 600 000-dən 700 000-ə qədər bəzəkli yumurta satmağı planlaşdırır.

"Paas" markası isə bu il 10 milyon dəst satmağı planlaşdırır və bu, şirkətin tarixindəki ən uğurlu dövrlərdən biri ola bilər. "Michaels" mağazalar şəbəkəsi isə Pasxa satışlarının 43%-nin gipsdən, plastikdən və dekorativ yumurtalardan ibarət olacağını bildirir. CNBC xəbər verir ki, bu məhsullara olan tələbin artması, istehsalçıların gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq.

Qış mövsümündə yaşanan tələbat azlığı, Pasxa satışları ilə şirkətlər üçün böyük bir fürsət yaratmış olur.