Keçmiş Suriya prezidenti Bəşər Əsədin şəxsi sərvətinin təxminən 1,5 milyard dollar civarında olduğu təxmin edilir.
Fins.az xəbər verir ki, 2022-ci ildə ABŞ Konqresinə təqdim edilən hesabatda isə Əsəd və ailə üzvlərinin servətlərinin 1-2 milyard dollar arasında olduğu bildirilib. Ailə üzvlərinin var-dövlətinin çoxu gizli olaraq offşor cənnətlərində, daşınmaz əmlak və şirkətlərdə yerləşdiyindən, servətin dəqiq miqdarını müəyyən etmək çətinləşir.
Əsədın rejiminin ümumi servəti, 60 milyard dollar ilə 122 milyard dollar arasında dəyişə bilər. Ailə üzvləri müxtəlif sahələrdə, o cümlədən daşınmaz əmlak, enerji sektoru və xarici malların lisenziyalarında paylara sahibdirlər.
Əsəd ailəsinin Dubayda lüks evləri, Moskva və Londonda mənzilləri və Lübnanda gizli bank hesabları olduğu bildirilir.