Fins.az - Fransa Prezidenti Emmanuel Makron parlamentin etimadsızlıq səsverməsindən sonra Baş nazir Mişel Barnyenin istefa ərizəsini qəbul edib.
Məlumata görə, Baş nazir Mişel Barnye istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edib.
Fransada Milli Məclisdə etimad səsi ala bilməyən Baş nazir Mişel Barniyerin azlıqda olan mərkəz sağçı hökuməti 3 aylıq fəaliyyətinin ardından istefa verdi. Sol ittifaq Yeni Xalq Cəbhəsi (NFP) ilə radikal sağçı Milli Birlik (RN) partiyası və onların tərəfdarlarının hökumətə qarşı təqdim etdiyi iki etimadsızlıq təklifi Milli Məclisin ümumi yığıncağında müzakirə edildi. Ardından keçirilən səsvermədə sol ittifaq tərəfindən təqdim edilən etimadsızlıq təklifinə 331 millət vəkili dəstək verdi. Təklifin qəbul edilməsi üçün tələb olunan 288 səs əldə edildi. Beləliklə, beşinci respublika dövrünün ən qısa müddətli Barniyer hökumətinin ömrü bitdi.