DÜNYA

06 Dekabr

Moldovada enerji böhranı

Fins.az xəbər verir ki, Moldovanın Baş naziri Dorin Reçan enerji sektorunda fövqəladə vəziyyət elan edib.

Eyni zamanda, energetika naziri Viktor Parlikov vəzifəsindən azad edilib.

Reçan, Parlikovun istefasının idarəetmə səhvləri ilə bağlı olduğunu qeyd edib. Baş nazir, enerji təchizatının qismən və ya tam dayandırılması ehtimalı barədə xəbərdarlıq edib.

Fövqəladə vəziyyət, hökumətə enerji ixracı ilə bağlı məhdudiyyətlər daxil olmaqla, qərarları operativ şəkildə qəbul etməyə imkan verəcək.

Energetika Nazirliyinə yeni rəhbər təyin olunana qədər Reçan müvəqqəti olaraq nazirin vəzifəsini icra edəcək.

Moldova Prezidenti Maya Sandu, energetika nazirinin vəzifəsindən azad edilməsi ilə bağlı fərman imzalayıb.