DÜNYA

26 Fevral

İraq və Türkiyə arasında neft nəqlinin bərpası

Finss.az - ABŞ Dövlət katibi Marko Rubio və İraqın baş naziri Məhəmməd əl-Sudani İraq və Türkiyə arasında neft kəmərinin yenidən işə salınmasının vacibliyini müzakirə ediblər.

Bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

"Tərəflər Bağdadın enerji müstəqilliyinə nail olunmasının, Kərkük-Ceyhan boru kəmərinin tezliklə yenidən işə salınmasının və İraqda fəaliyyət göstərən Amerika şirkətlərinin müqavilə şərtlərinə əməl edilməsinin vacibliyinə dair razılığa gəliblər", - deyə bəyanatda bildirilir.

Bir müddət öncə Bağdad İraq Kürdüstanında çıxarılan neftin Kərkük-Ceyhan neft kəməri ilə Türkiyəyə ixracını bərpa etməyə hazır olduğunu bəyan etmişdi.

Xatırladaq ki, Kərkük-Ceyhan boru kəməri ilə neftin nəqli 2023-cü ilin martında beynəlxalq məhkəmədə Bağdadın Ankaraya qarşı iddianı qazanmasından sonra dayandırılıb. Buna səbəb Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ-ın Bağdadın rəsmi icazəsini və razılığını almadan İraq Kürdüstanından dünya bazarına neft çıxarması olub.