Fins.az xəbər verir ki, 2025-ci il iyulun 1-dən etibarən Rusiya büdcə hesablamalarında rəqəmsal rubldan istifadə etməyə başlayacaq.
Rusiya Prezidenti Vladimir Putin “Rusiya çağırır!” forumunda çıxışı zamanı bu barədə məlumat verib. O, federal büdcə sistemində rəqəmsal rubl vasitəsilə ödənişlərin tətbiqinə başlanacağını bildirib.
Putin, həmçinin beynəlxalq hesablaşmalarda rubldan istifadənin biznes üçün daha rahat və sərfəli olacağını vurğulayıb və bu məqsədlə infrastrukturun yaradılmasının davam edəcəyini qeyd edib.
Prezident əlavə edib ki, banklar müştərilərin məsafədən identifikasiyasını həyata keçirə bilməsi üçün eksperimental hüquqi rejim tətbiq ediləcək. Eyni zamanda, çirkli pulların yuyulmasına qarşı qanunvericilikdəki tələblər də nəzərə alınacaq.