DÜNYA

04 Dekabr

Böyük Britaniyada yeni viza qaydaları miqrant sayının azalmasına səbəb olub

Böyük Britaniyada miqrasiya bu il 20% azalıb. 2024-cü ilin iyun ayına qədər olan bir il ərzində ölkəyə daxil olan və gedənlər arasındakı fərq 728 min nəfər olub. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalma göstərir.

Fins.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) direktoru Meri Qreqori azalmanı, Avropa İttifaqından kənar ölkələrdən təhsil vizası ilə gələn şəxslərin ailə üzvlərini Britaniyaya gətirə bilməməsi ilə əlaqələndirib. 2024-cü ilin yanvarından etibarən tələbələrin əksəriyyətinə ailə üzvlərini gətirmək qadağan edilib, yalnız doktorantura tələbələri üçün istisnalar mövcuddur.

Bundan əlavə, keçmiş mühafizəkar hökumət tərəfindən həyata keçirilən yeni qaydalarla səhiyyə işçisi vizası ilə gələn miqrantların asılı şəxslər üçün sponsorluq etməsi ləğv edilib və ixtisaslı işçi vizası üçün minimum əməkhaqqı tələbı 26 min 200 funt sterlinqdən 38 min 700 funt sterlinqə qaldırılıb.