Finss.az - ABŞ Dəmir və Polad İnstitutunun (AISI) yaydığı məlumata görə, 8 fevral 2025-ci il tarixinə olan həftədə Birləşmiş Ştatlarda polad istehsalı 1 milyon 675 min ton təşkil edib.
Bu dövrdə istehsal gücündən istifadə səviyyəsi 75,2% olub. Qeyd olunur ki, ötən ilin eyni dövründə bu göstərici 1 milyon 726 min ton təşkil edib, istehsal gücündən istifadə əmsalı isə 77,7% olub. Beləliklə, cari istehsal göstəriciləri ötən illə müaqisədə 3% azalma qeydə alınıb.
Eyni zamanda, builki göstəricilər öncəki həftənin nəticələri ilə müaqisədə artım göstərib. Belə ki, 1-7 fevral 2025-ci il tarixlərini əhatə edən həftədə polad istehsalı 1 milyon 656 min ton olub, istehsal gücündən istifadə səviyyəsi isə 74,4% təşkil edib. Cari həftədə istehsal 1,1% artıb.