DÜNYA

26 Noyabr

Apple-ın CEO-su: Çinsiz Apple olmazdı

Apple-ın CEO-su Tim Kuk Çinə səfəri zamanı, bu ölkənin Apple üçün strateji əhəmiyyətini vurğulayıb. Pekində keçiriləcək Çin Beynəlxalq Təchizat Zənciri Sərgisi (CISCE) öncəsi açıqlamalarında o bildirib ki, “Çinli təchizatçılarımız olmasaydı, Apple olmazdı.”

Fins.az xəbər verir ki, Kuk, Çindəki tərəfdaşlarının şirkətin dəyər zəncirində əhəmiyyətli yer tutduğunu qeyd edərək, Apple-ın Çindəki varlığının böyük əhəmiyyət daşıdığını əlavə edib.

Tim Kukun sözlərinə görə, Apple-ın dünya üzrə işlədiyi 200 əsas təchizatçının 80 faizi Çində yerləşir.

Bu il üçüncü dəfə Çinə səfər edən Kuk, şirkətin Çindəki mövqeyini daha da gücləndirəcəyini vurğulayıb.

Apple hazırda “Apple Intelligence” adlı süni intellekt xidmətlərini cihazlarına inteqrasiya etməklə texnologiya sahəsində yeni mərhələ hazırlıqlarındadır. Kukun səfəri, həmçinin, bu layihənin irəliləyişləri ilə əlaqələndirilir.

Zemfira Ms
Fins.az