DÜNYA

11 Fevral

ABŞ-da yumurta "lüks"-a çevrilib

Finss.az - ABŞ-da yumurta qiymətləri kəskin şəkildə artır.

Son məlumatlara görə, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin hesabatına əsasən, yanvar ayında yumurtanın qiyməti 22% artıb. 

Artan qiymətlərin səbəbi, ABŞ-da 2022-ci ildən başlayaraq geniş yayılmağa başlayan quş qripi epidemiyasıdır. Bu xəstəlik nəticəsində toyuq fermaları ciddi zərər görüb, fermerlər milyonlarla toyuğu məhv etməyə məcbur olub. Son iki ayda 17 milyon toyuq məhv edilib.

Qiymətlərin artması ilə əlaqədar olaraq, bir çox amerikalılar yumurtaları kütləvi şəkildə alıblar və bu, ticarət şəbəkələrində çatışmazlığa səbəb olub. Nyu-Yorkda mağazalar bir alıcıya üç paket yumurta almaqla məhdudiyyət qoyub. Çikago və Pensilvaniya ştatlarında isə ticarət şəbəkələri satışları tənzimləməyə çalışır.

Sosial şəbəkələrdə amerikalılar yumurtaları maliyyə rifahının simvolu olaraq görürlər və bir neçə paket almış insanları zarafatla tənqid edirlər. Eyni zamanda, Pensilvaniyada 40 min dollar dəyərində yumurta daşıyan yük maşını oğurlanıb.

Mütəxəssislər hesab edirlər ki, bu böhran müvəqqətidir və fermer təsərrüfatlarının bərpa olunması ilə qiymətlərin düşməsi mümkündür. Lakin hazırda vəziyyət qeyri-sabitdir və yumurtaların qiymətləri rekord səviyyədə qalır.