Fins.az - Milli Rieltorlar Assosiasiyasının (NAR) hesabatına əsasən, oktyabr ayında ABŞ-da təkrar mənzil bazarında satışlar əvvəlki ay ilə müqayisədə 3.4% artaraq illik nisbətdə 3.96 milyon evə çatıb.
Eləcə də, sentyabr ayı üzrə göstərici yenilənib və daha əvvəl qeyd olunduğu kimi 3.84 milyon yox, 3.83 milyon təşkil edib. Bu, son 14 ilin ən zəif nəticəsi olub.
Analitiklər orta hesabla satışların 2.3% artaraq 3.93 milyon evə çatacağını proqnozlaşdırmışdılar.
Evlərin ortalama qiyməti illik ifadədə 4% artaraq 407.2 min dollara çatıb.
Ötən ayın sonunda satışa çıxarılan evlərin sayı 1.37 milyon olub ki, bu da bir il əvvəl ilə müqayisədə 19.1%, sentyabr ayı ilə müqayisədə isə 0.7% çoxdur.