Fins.az - Böyük Britaniya Baş naziri Keir Starmer, miqrant axını qeydə alınan ölkələrə ödənişlərin edilməsi ideyasını dəstəkləyib.
The Times qəzetinin məlumatına görə, Baş nazir, Vyetnam və İraq kimi ölkələrin Böyük Britaniyaya qeyri-qanuni miqrant göndərməmələri üçün onlara ödənişlər ediləcəyini bildirib. Həmçinin, Daxili İşlər naziri Yvette Cooperin, İtaliya nümunəsini izləyərək, bu ölkələrlə əməkdaşlıq razılaşmaları imzalamağı hədəflədiyi qeyd olunur.
2023-cü ildə Aİ ilə qeyri-qanuni sərhəd keçidlərinin sayı rekord səviyyəyə çatıb, Avropa Birliyi isə Misirə 7,4 milyard avro ayırmağı planlaşdırır.