Livanın valyutası lirə, dollar qarşısında tarixində ən aşağı səviyyəyə çataraq ölkə iqtisadiyyatında ciddi dəyişikliklərə səbəb olub. 2020-ci ildə 1 dolların təxminən 1500 lirə olduğu dövrdən bu günə qədər Livan funtunun qara bazarda 80 min lirəyə yaxın olması, gündəlik ticarətdə böyük çətinliklər yaradır.
Fins.az xəbər verir ki, bu vəziyyət, ən kiçik ticarətçiləri belə pulsayma aparatlarından istifadə etməyə məcbur edir. Elektron məhsullar satan mağaza sahibləri, işlərini sürətləndirmək və səhv hesablamaların qarşısını almaq üçün ən çox pulsayma aparatlarını satdıqlarını bildirirlər. Hətta yerli bazarda göyərti satanlar belə bu aparatlardan istifadə etməyə başlayıb.
Müştərilərdən aldıqları pulların sayılması üçün kifayət etmədiyini qeyd edən bir kababçı, 2019-cu ildən bəri davam edən iqtisadi böhranın daha da ağırlaşdığını vurğulayıb. Artan pul dövriyyəsi və nağd pulun həcmi, ticarətçilərin gündəlik həyatlarında pulsayan maşınları və seyfləri qaçılmaz hala gətirib.
Eyni zamanda, ölkədə elektrik enerjisinin kəsilməsi ilə əlaqədar olaraq, günəş enerjisi ilə işləyən akkumulyatorlara maraq artıb. Bu akkumulyatorların reklamları əvvəlcə böyük şəhərlərdəki lövhələrdə, indi isə pul sayma aparatları ilə əvəzlənib.
Livanda iqtisadi çətinliklər və yüksək inflyasiya ilə mübarizə aparan vətəndaşlar, gündəlik həyatlarını davam etdirmək üçün yeni həllər axtarır, amma hər keçən gün vəziyyətin daha da pisləşdiyi görünür.
Zemfira Ms
Fins.az