ABŞ Energetika Nazirliyi, 2024-cü il üçün "Brent" etalon markalı neftin orta qiymətini 80,89 ABŞ dollarından 80,95 dollaradək artırıb. Nazirlik, 2025-ci ildə Brent neftinin qiymətinin 76,06 dollar olacağını proqnozlaşdırır (əvvəlki proqnoz 77,59 dollar idi). 2023-cü ildə Brent-in orta qiyməti isə 82,41 dollar olub.
Eyni zamanda, WTI ("West Texas Intermediate") markalı neftin 2024-cü ildə orta qiymətinin 77 dollar olacağı, 2025-ci ildə isə 71,6 dollar səviyyəsinə enəcəyi gözlənilir. 2023-cü ildə WTI neftinin bir barelinin orta qiyməti 77,58 dollar təşkil edib.