DÜNYA

11 Noyabr

Malayziya BRİKS-ə tərəfdaş olmağa dəvət alıb

Fins.az - Malayziya, BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq üçün dəvət alıb və tezliklə cavab verəcək.

Bu barədə ölkənin Rusiyadakı səfiri Çeonga Lun Lay məlumat verib. O, təklifi "aktiv şəkildə nəzərdən keçirdiklərini" və cavabın "tezliklə veriləcəyini" bildirib.

Oktyabr ayında Kazanda keçirilən BRİKS sammitində 13 dövlət bu statusa iddia edib, Belarus isə tərəfdaş ölkə statusunu əldə edib. 2025-ci il ərzində yeni üzv ölkələrin qəbul edilməsi məsələsi müzakirə ediləcək.