DÜNYA

11 Noyabr

ABŞ-dan Çinə ixrac blokadası

Fins.az - ABŞ TSMC şirkətinə süni intellekt tətbiqlərində istifadə olunan qabaqcıl çiplərin Çin müştərilərinə tədarükünü dayandırmağı əmr edib.

"Reuters"ın məlumatına görə, Ticarət Nazirliyi TSMC-yə 7 nanometr və ya daha qabaqcıl texnologiyaya malik bəzi çiplərin ixracını məhdudlaşdıran məktub göndərib. Qərar, TSMC-nin bu çiplərdən birinin Huawei-nin süni intellekt prosessorunda aşkarlandığını bildirməsindən sonra verilib.