Fins.az - Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiya paketini hazırlayır. Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Kiyevdə keçirilən mətbuat konfransında bildirib ki, sanksiyalardan yayınma hallarının qarşısını almaq üçün tədbirlər sərtləşdiriləcək, çünki Rusiya istehsalı xarici komponentlər və çiplər olmadan mümkün deyil.
Bundan əvvəl, Politico diplomatik mənbələrə istinadən yanvarda yeni sanksiya paketinin LNG ixracına məhdudiyyətlər gətirəcəyini yazmışdı. Mənbələr, həmçinin Macarıstanın Aİ Şurasında sədrliyinin sanksiyalar üzrə danışıqları yubatdığını qeyd edib.