Fins.az - Britaniyanın maliyyə naziri Reychel Rivz, ölkənin 2030-cu ilə qədərki iqtisadi və maliyyə strategiyasını parlamentdə təqdim edib.
Təqdim olunmuş sənədə əsasən, hökumət iqtisadiyyatı gücləndirmək və işçilərin maraqlarını müdafiə etmək məqsədilə struktur dəyişiklikləri aparmağı planlaşdırır. Eyni zamanda, Milli Səhiyyə Sisteminin islah edilməsi də gündəmdədir.
Britaniya Baş Naziri Kir Starmer, büdcəni "əsaslı" adlandıraraq, bunun qadın kansler tərəfindən təqdim olunan ilk büdcə olduğunu vurğulayıb. O, ölkənin iqtisadi əsaslarını müasirləşdirmək və transformasiyaları həyata keçirmək planlarının olduğunu qeyd edib.
Layihə, 2030-cu ilə qədər büdcə gəlirlərini 41 milyard funt sterlinq artırmağı hədəfləyən vergi sisteminin islahatlarını da əhatə edir.