Amerika Birləşmiş Ştatları Ukraynaya 400 milyon dollar həcmində hərbi yardım paketi ayıracaq.
Fins.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu barədə Kiyevə səfəri zamanı deyib. “Birləşmiş Ştatlar Co Baydenin rəhbərliyi altında Ukraynaya dəstəyi artırmağa davam edir”, - deyə Lloyd Ostin bildirib.
ABŞ müdafiə naziri oktyabrın 21-də Ukraynaya səfər edib. Pentaqonun saytında yerləşdirilən məlumata əsasən, L.Ostin səfər çərçivəsində Ukrayna rəhbərliyi ilə görüşəcək və ABŞ-ın Kiyevə hərbi yardım öhdəliyini bir daha vurğulayacaq. “Wall Street Journal” qəzetinin yazdığına görə, Pentaqon rəhbəri Ukrayna Silahlı Qüvvələrinə ABŞ istehsalı olan uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verməyəcək.