Beynəlxalq Valyuta Fondu (BVF) Türkiyədəki inflyasiya ilə bağlı yeni proqnozlar açıqlayıb.
Fins.az xəbər verir ki, 2024-cü ildə inflyasiya 43%, 2025-ci ildə 24% və 2026-cı ildə 17,2% səviyyəsinə enəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, inflyasiyanın yaxın aylarda yavaşlayacağına inandığını bildirərək, sentyabr ayında illik inflyasiyanın 49,38%-ə düşməsinin bu proqnozu dəstəklədiyini vurğulayıb.
BVF-nun hesabatında, Türkiyə iqtisadiyyatının 2024-cü ildə 3%, 2025-ci ildə 2,7% və 2029-cu ildə 3,9% artacağı gözlənilir. Eyni zamanda, işsizlik səviyyəsinin də 2029-cu ilə qədər 9,2%-ə enəcəyi proqnozlaşdırılır.
Uzunmüddətli perspektivdə, Türkiyənin cari hesab göstəricilərini yaxşılaşdırmağa və defisiti azaltmağa çalışacağı bildirilir. Bu proqnozlar, Türkiyənin iqtisadi inkişafında ümidverici bir siqnal olaraq qiymətləndirilir.