Özbəkistan və ABŞ-ın gömrük xidmətləri arasında yeni əməkdaşlıq sazişi imzalanıb.
Bu, ABŞ-ın gömrük mübadiləsi sahəsində əməkdaşlıq etdiyi 18-ci ölkədir. Fins.az xəbər verir ki, saziş, informasiya mübadiləsini genişləndirmək və cinayət gəlirlərinin leqallaşdırılması, gömrük ödənişlərindən yayınma, narkotiklər, insan ticarəti və transnacional cinayətkar qruplarla mübarizəni gücləndirmək məqsədini güdür. Eyni zamanda, ABŞ-ın USAID agentliyi Qazaxıstanda gömrük postlarında malların sərhəd keçidini izləmək üçün kompüter serverləri qurmuşdur.