Çərşənbə axşamı günü axşam Filadelfiyadakı Milli Konstitusiya Mərkəzində keçirilən debatda Demokratlar Partiyasının namizədi ABŞ-ın vitse-prezidenti Kamala Harris və Respublikaçılar Partiyasının keçmiş prezidenti Donald Tramp arasında mübahisə yaranıb.
Fins.az xəbər verir ki,gərgin atmosferdə keçən və namizədlərin tez-tez bir-birlərini yalan danışmaqda ittiham etdikləri debatda Harris Trampın iqtisadi planının “milyarderlərə yalnız vergi endirimləri gətirəcəyini” bildirib.
Harris “Amerikanın orta təbəqəsini dəstəkləyəcək namizədəm” deyərək, seçiləcəyi təqdirdə gənc ailələrə və uşaqlarına lazım olan əşyaları almağa kömək edəcəyini bildirib.
Harris həmçinin kiçik və orta biznesə (KOB) 50 min dollar vergi endirimi edəcəklərini, Tramp isə “yalnız milyarderlərə vergi endirimi etdiyini” bildirib.
"Tramp yalnız milyarderlərə vergi endirimləri verəcək. Trampın gətirəcəyi 20 faizlik satış vergisi hər ailənin hər il cibindən 4 min dollar çıxarmasına səbəb olacaq".
Harrisin açıqlamalarına etiraz edən Tramp “Planlarında satış vergisi olmadığını və Harris də bunu bilir” deyib.
Respublikaçı namizəd həmçinin ABŞ prezidenti Co Baydenin dövründə “inflyasiyanın ölkə tarixində bəlkə də ən pis həddə çatdığını” deyib və rəsmi olaraq 21 faiz olan inflyasiyanın müxtəlif məhsullar üzrə 60 faizə yüksəldiyini bildirib.
Tramp həmçinin rəqibini və ABŞ prezidenti Baydeni “ölkəyə milyonlarla qaçqını daxil etməkdə” ittiham edərək, qaçqınların bəzi yerlərdə “müxtəlif binaları ələ keçirdiklərini” bildirib və bu vəziyyətin ölkə iqtisadiyyatına zərər verdiyini bəyan edib.
Cavab verən Demokrat namizəd iddia edib ki, Trampın əvvəlki prezidentliyi dövründə “Böyük Depressiyadan bəri ən pis işsizlik rəqəmləri qeydə alınıb”.
Tramp isə rəqibinin “marksist” olduğunu və “marksist atasının Harrisi bu mövzuda yaxşı yetişdirdiyini” ifadə edib.
Zemfira Ms
Fins.az