DÜNYA

10 Sentyabr

Keniyada robotların xidmət göstərdiyi ilk restoran açılıb

Keniyanın paytaxtı Nayrobidə açılan "Robot Cafe" adlı restoran böyük marağa səbəb olub.

Fins.az xəbər verir ki, Şərqi Afrikada ilk dəfə olaraq robot işçilərlə təchiz olunan bu restoran müştərilərə innovativ təcrübə təqdim edir.

Müştərilər masadakı QR kodunu skan edərək menyuya baxır və onlayn sifariş verirlər. Sifariş hazır olduqdan sonra ofisiant robotlar yeməkləri masaya çatdırır. Robotlar xüsusi proqram təminatı ilə komanda mərkəzindən idarə edilir və iş gününün sonunda enerji ilə doldurularaq "istirahət edirlər".

Restoran şəhərdə böyük maraqla qarşılanıb, lakin bu yenilik iş yerlərinin itirilməsi ilə bağlı narahatlıqlara da səbəb olub.
 

Zemfira Ms
Fins.az