Türkiyə Qabar dağında gündəlik təxminən 47 min barel neft hasil edir.
Fins.az xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.
Qarşıdan gələn 30 il ərzində Türkiyənin enerji sahəsində xarici asılılığı minimuma endirməyin ölkənin əsas hədəflərindən biri olduğunu vurğulayan nazir hazırda Zonquldak vilayəti sahillərindən 170 kilometr aralıqda Qara dənizdə təbii qaz araşdırmaları apardıqlarını deyib.
Nazir əlavə edib ki, tədqiqatlar dənizin 2100 metr dərinliyindən başlayaraq təxminən 2000-2500-lik quyuda davam edir: “Bundan əlavə, Qara dənizdəki “Sakarya” yatağında təxminən 2,6 milyon evi əhatə edən təbii qaz istehsal olunur”.
Kaira Agayeva
Fins.az