DÜNYA

09 Sentyabr

Hava limanı PUA səbəbindən bağlanıb

Arlanda Hava Limanı yaxınlığında dörd pilotsuz uçuş aparatı (PUA) göründükdən sonra, hava limanı gecə ərzində uçuşlar və gəlişlər üçün müvəqqəti bağlanıb. İsveç polisi hadisəni təxribat və təhlükəsizlik qanunlarının pozulması kimi araşdırır. Hərbçilər də istintaqa cəlb edilib. 

Fins.az xəbər verir ki, PUA-ların kimə məxsus olduğu məlum deyil. Pilotsuz təyyarələr müxtəlif ölçülərdə olub və hava limanının idarəetmə qülləsindən görünüb. İstismar dayandırılarkən beş təyyarə Nyköping, Göteborq, Finlandiya və Kopenhagendəki hava limanlarına yönləndirilib. 

Hadisənin dəqiq səbəbi və PUA-ların zərərsizləşdirilməsi barədə məlumat yoxdur. Stokholm polisi hadisənin təfərrüatlarını açıqlamayıb, heç kim saxlanılmayıb. Dünən Uppsala şəhəri üzərində də PUA-lar görünüb, lakin bu hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı bilinmir.

Kaira Agayeva 

Fins.az