DÜNYA

09 Sentyabr

Avropa durğunluğuna baxmayaraq Türkiyənin ixrac artımı davam edir

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu ilin sonuna qədər ixrac həcmində 264 milyard dollar hədəflədiklərini açıqlayıb.

Fins.az xəbər verir ki, Avropanın əsas ixrac bazarı olaraq, bölgədəki ciddi durğunluğa baxmayaraq, Türkiyənin ixracatı davamlı artmaqdadır. Bu artım, ölkənin müxtəlif bazar ölkələrinə diversifikasiya və güclü ixrac strategiyalarının nəticəsidir. Türkiyənin iqtisadi gücü və ixrac potensialı, qlobal iqtisadi vəziyyətə baxmayaraq, ölkənin qlobal iqtisadi müstəvidəki yerini gücləndirməkdə davam edir.