Polşa hökuməti Gdanskdan Plocka ikinci neft kəmərinin tikilişini dayandırdı. İnvestisiyaların əsaslandırılması indi hökumətin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Maciej Bando tərəfindən yoxlanılacaq.
Fins.az xəbər verir ki, ildə 25 milyon ton neft tutumuna malik kəmərin tikintisi bir il əvvəl Polşanın kritik neft və yanacaq infrastrukturasını idarə edən PERN şirkəti tərəfindən elan edilmişdi. Yeni kəmər, mövcud Pomorski neft kəmərinə paralel olaraq Gdanskdakı neft limanını Plockdakı neft-kimya zavodları ilə birləşdirməli idi.
2022-ci ilin yazında Polşa, Rusiyadan neft təchizatını tamamilə dayandıraraq "Rosneft" və "Tatneft" ilə olan müqavilələri ləğv etmişdi.