DÜNYA

09 Sentyabr

Suriya İsrailin hücumları nəticəsində 5 nəfərin öldüyünü bildirir

Fins.az xəbər verir ki, Həma əyalətindəki hədəflərə aviazərbələr nəticəsində 5 mülki şəxs ölüb, 19 nəfər yaralanıb. Suriya Müdafiə Nazirliyinin məlumatına görə, İsrail hücumu Livanın hava məkanından həyata keçirib.

Suriya Müdafiə Nazirliyi “Facebook” sosial şəbəkəsində  məlumat yayıb ki, hava hücumundan müdafiə sistemləri öz hədəflərinə yaxınlaşan raketlərin bir qismini vurub.

İsrail zərbə ilə bağlı şərh verməyib.

İsrail son aylarda Suriyaya dəfələrlə zərbələr endirib. Aprel ayında Dəməşqdəki İran konsulluğuna hücum edilib və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli üzvləri həlak olub. 

İyul ayında Suriya prezidentinə yaxın olan iş adamı Baraa Katerji  öldürülüb.

Kaira Agayeva 

Fins.az