Fins.az xəbər verir ki, Kentukki ştatının cənub-şərqində, Laurel qraflığında magistral yolda naməlum şəxs tərəfindən atışma baş verib. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Polis, doqquz avtomobildə güllə deşikləri aşkar edib.
Şerif müavini Gilbert Acciardo atışmanın nəticəsində 5 nəfərin, çaxnaşma səbəbindən isə daha iki nəfərin yaralandığını bildirib. Hadisə yerində çox sayda avtomobil yol kənarına çıxmış vəziyyətdə olduğunu qeyd edilib.
Polis atışmanın mənbəyini dəqiq müəyyən edə bilməyib və magistralda hər iki istiqamətdə hərəkət bağlanıb. Qaranlıq səbəbindən meşəlik ərazidə axtarışlar dayandırılıb. Şerif ofisi hücumçunun 32 yaşlı Joseph A. Couch olduğunu təsdiqləyib, amma silahın onun tərəfindən istifadə olunduğu hələ dəqiq müəyyənləşdirilməyib.
Kaira Agayeva
Fins.az