DÜNYA

09 Sentyabr

Özbəkistanda hava nəqliyyatı ilə yükdaşımaların həcmi artıb

2024-cü ilin yanvar-iyun aylarında Özbəkistanda hava nəqliyyatı ilə daşınan yüklərin həcmi 5,9 min ton təşkil edib.

Fins.az xəbər verir ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17,2% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində Özbəkistanda avtomobil və dəmir yolu nəqliyyatı ilə 5,3 milyon ton tranzit yük daşınıb.

Bu dövrdə dəmir yolu nəqliyyatı ilə daşınmış tranzit yüklərin həcmi 4,1 milyon tona çatıb, yükdaşımaların ümumi həcminin 77,9 faizini təşkil edib.

Avtomobil nəqliyyatı ilə 1,2 milyon ton tranzit yük daşınıb (daşımaların ümumi həcminin 22,1 faizi).

Kaira Agayeva 

Fins.az