DÜNYA

09 Sentyabr

Tonqa sahilində güclü zəlzələ olub

Tonqa Krallığının sahilində 6 maqnitudalı zəlzələ olub.

Fins.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Yeraltı təkanların episentri ölkənin paytaxtı Nukualofadan 155 km şərqdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.

Kaira Agayeva 

Fins.az