Paris və digər Fransız şəhərlərində Prezident Emmanuel Makronun Mişel Barnieri baş nazir təyin etməsinə qarşı etiraz aksiyaları keçirilib.
"Unbowed France" partiyasının lideri Mathilde Panot X sosial şəbəkəsində bildirib ki, Parisdəki mitinqə 160 min, polis məlumatlarına görə isə 300 min insan qatılıb.
Fins.az xəbər verir ki, Nant, Nitsa, Marsel və Renn daxil olmaqla, ölkə üzrə ümumilikdə 150 etiraz nümayişi baş tutub. Paris mitinqində çıxış edən solçu "Əyilməz Fransa" partiyasının qurucusu Jan-Lük Melenşon tərəfdarlarını Makronun siyasətinə qarşı uzunmüddətli mübarizəyə səsləyib.
Sentyabrın 5-də Makron, sağçı Respublikaçılar partiyasından olan 73 yaşlı Mişel Barnieri baş nazir təyin edib. O, Aİ-nin Brexit şərtləri üzrə baş müzakirəçisi kimi tanınır. Makron, iyulda keçirilən parlament seçkilərində qələbə qazansalar da, solçuların hökumətdə yer almayacağını bəyan edib.
Kaira Agayeva
Fins.az