DÜNYA

09 Sentyabr

Boliviyada fövqəladə vəziyyət elan edilib

Fins.az xəbər verir ki, Boliviyanın müdafiə naziri Edmundo Novillo ölkədə meşə yanğınları səbəbilə fövqəladə vəziyyət elan edib. 

Nazir Novillo bildirib ki, bu addım Boliviyaya dost ölkələrdən və beynəlxalq əməkdaşlıqdan daha sürətli və effektiv dəstək almağa imkan verəcək.

Braziliyanın Kosmik Tədqiqatlar Agentliyinə görə, Boliviya 2010-cu ildən bəri ən geniş meşə yanğınları ilə üzləşib və yanğınlar 3 milyon hektar ərazini əhatə edir.

Boliviya hökuməti dəstək üçün beynəlxalq ictimaiyyətə müraciət edib.

Kaira Agayeva 

Fins.az