İsrail ordusu sentyabrın 8-nə keçən gecə Livandan 50-yə yaxın mərmi atdığını qeydə alıb. Həmin gecə İDF Livanın cənubundakı Hizbullah hədəflərinə zərbələr endirib.
Fins.az xəbər verir ki, İsrailin Kiryat Şmona şəhəri yaxınlığında 20-yə yaxın raket buraxılıb. Onların əksəriyyətinə hava hücumundan müdafiə vasitələrinin müdaxilə etdiyi bildirilir. Daha 30-a yaxın raket Yuxarı Qaliley sərhədini keçib. Onların bir neçəsi Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən ələ keçirilib, qalanları açıq ərazilərə düşüb.
İsrail Hərbi Hava Qüvvələri Aytarun, Marun ər-Rasa və Yaroun bölgələrində Hizbullahın hədəflərinə zərbələr endirib. Bundan əlavə, Frun bölgəsinə endirilən zərbə nəticəsində “Hizbullahın tərkibində fəaliyyət göstərən Amal təşkilatının terrorçuları məhv edilib”.
Kaira Agayeva
Fins.az